Dəməşqdə partlayış - 5 polis əməkdaşı yaralanıb

Dəməşqdə partlayış - 5 polis əməkdaşı yaralanıb
DÜNYA
19:28 10.05.2023
189
Suriyanın paytaxtı Dəməşqin şimalında, polis məntəqəsi yaxınlığında avtomobilin partladılması zamanı baş verən yanğın nəticəsində 5 polis əməkdaşı yaralanıb.

Bu barədə yerli "Sham” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə Dəməşqin Masakin-Berzi rayonunda polis məntəqəsi yaxınlığında avtomobilə qoyulan bombanın partlaması nəticəsində baş verib. Yaralanan polis əməkdaşlarından biri zabitdir.

Qeyd edək ki, Dəməşqdə sonuncu dəfə partlayış aprelin 2-də törədilib. Hadisə nəticəsində itkilər barədə məlumat yayılmayıb.
OXŞAR XƏBƏRLƏR