Demet Akalın ağladı: "Bodruma yardım göndərirəm" - VİDEO

Demet Akalın ağladı: "Bodruma yardım göndərirəm" - VİDEO
MAQAZİN
17:41 02.08.2021
1317
Məşhur türkiyəli müğənni Demet Akalın sosial media hesabından gözyaşları içində Bodruma yardım göndərəcəyini söyləyib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, meşə yanğınları ilə mübarizə Türkiyənin bir çox nöqtələrində davam edir.
 
Meşə müdirliyi Antalya, Muğla və Tunceli şəhərlərində 7 nöqtədə yanğınların davam etdiyini və son 6 gündə 35 ildə 130 meşə yanğınının nəzarət altına alındığını açıqladı.

Türk məşhurlar bu hadisəyə biganə qalmayıblar. Onlardan biri də Demet Akalındır.

Sosial media səhifəsində bir yazı paylaşan Demet Akalın, yanğın üçün lazım olan köməyi edəcəyini bildirib.

"Soyuq su çəni olan bir yük maşını tapmağa çalışıram. İt yemi, yanmaz ayaqqabılar, akkumulyatorlar sabah Bodruma gedəcək" deyə Demet Akalın bildirib.

Müğənni Demet Akalın Bodrum Böyükşəhər bələdiyyə başçısı Əhməd Arasa zəng edərək bir ailəni evində qonaq edə biləcəyini də söyləyib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR