Dəmət Akalın içkili halda fotosunu paylaşdı

MAQAZİN
18:05 17.03.2014
1808
Türkiyəli müğənni Dəmət Akalın sosial şəbəkədə maraqlı fotosunu paylaşıb.
 ANS PRESS-in məlumatına görə, ifaçı İnstaqram səhifəsində yeni fotosunu paylaşıb, kadrlarda ifaçı pivə içərkən görüntülənib. 40 gün əvvəl qızı Hiranı dünyaya gətirən Dəmət fotoya aşağıdakı sözləri əlavə edib:"Daha uşaq əmizdirmək yoxdur. Övladımın 40-cı gününün şərəfinə bir bardaq pivə". D. Akalının bu jesti izləyiciləri tərəfindən tənqid edilib. Fotoya 2 mindən çox istifadəçi şərh yazaraq körpə övladı olan ananın spirtli içki qəbul etməməli olduğunu qeyd edib.Xatırladaq ki, Demet bir neçə gün öncə övladını heç kim görməsin deyə evinə heç kəsi buraxmadığını bildirmişdi. Müğənninin evinə girən yeganə həmkarı isə Gülbən Ergendir. "Kimləri qapıdan qaytardığını bilsəniz inanmazsınız. Ancaq Gülben Ergen evimə girə bilib, uşağımı qucağına alıb, bu nə üzsüzlükdür...Üstəlik mənə deyir ki, sən get studiyaya mən yemək verərəm ona". Demet həmkarının qızı üçün Kəbədən örtük gətirdiyini və bu yaxınlarda Gülbənin ailə həyatı qurmağını arzuladığını da qeyd edib.
OXŞAR XƏBƏRLƏR