Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi

Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
MAQAZİN
15:39 07.08.2025
158
Demet Akalının rəqqasəsi kimi çalışmış Merve Atalar, Akalının sosial sığorta ödənişlərini verməməsi, maaşını az verməsi, işlədiyi müddətdə məzuniyyət ödənişlərinin alınmaması iddiası ilə məhkəməyə müraciət edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə Atalar dəfələrlə müğənni Demet Akalından sığorta haqqını ödəməyi tələb etsə də, Akalın ödəyə bilməyib və tələb olunan sənədləri Sosial Müdafiə Təşkilatına (SGK) təqdim etməyib.

Demet Akalın vəkili vasitəsilə məhkəməyə təqdim etdiyi əks vəsatətdə, "İddiaçı Merve Atalar heç vaxt əmək müqaviləsi ilə işləməyib. İddiaçıya konsert proqramları və klipləri üçün müvəkkili Demet Akalının ehtiyacları əsasında pul ödənilib. Konsert və ifa ilə bağlı iş müqavilə əsasında olub" deyə bildirilib.

Merve Ataların vəkili daha sonra qərardan apellyasiya şikayət edib.

Apellyasiya məhkəməsi Ataların iddiasını əsassız sayaraq qərarı ləğv edib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR