Dəmir yollarındakı faciə mənbəyi - Araşdırılsa başqa qüsurlar da görünər...

Dəmir yollarındakı faciə mənbəyi - Araşdırılsa başqa qüsurlar da görünər...
SOSİAL
10:20 03.10.2018
4197
Faciəli avtobus qəzası yollarımızda çox ciddi bir təhlükəni də üzə çıxardı. Şübhəsiz ki, bu qəzanın əsas zəmini əksər avtobus sürücülərinin ifrat intizamsızlığı, bəzi adamların onlara yaratdığı cəzasızlıq mühitidir. Bu barədə çox danışılıb. 

AZXEBER.COM xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. O, qeyd edib ki, dəfələrlə qaldırılan və son hadısədə də qabarıq görünən başqa bir faciə mənbəyi də unudulmamlıdır. Bu faciə mənbəyi dəmiryol keçidlərindəki ciddi qüsurlardır.

Ə. Hüseynov bildirib ki, hadisənin baş verdiyi keçidi (oradan çəkilmiş fotoları, videoları, görənlərin dediklərini) təhlil etdikdə aşağıdakı əsas qüsurlar aydınca görünür:

1. Keçiddəki svetofor işləmir və ya ən pisi - qanunvericiliyə uyğun rejimdə işləmir. Hətta hadisə yerindən çəkilmiş videoreportajdan görünür ki, keçidin yaxınlığında heç bir qatar olmaya-olmaya həmin svetoforun qırmızı işığı yanıb-sönür. Bu eybəcər mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu svetoforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir, camaatı aldatmamalıdır. Rejim də belədir: qırmızı işiq yanırsa və ya yanıb sönürsə keçiddə avtomobil və piyada hərəkəti qadağandır, qatar gəlir deməkdir. Qatar yoxdursa, ya svetofor sönməlidir, ya da svetoforda ağ işıq yanmalıdır. Amma bizim keçidlərdəki svetoforlar ya heç vaxt işləmir, ya da günlərlə qatar olmasa da, qırmızı işığı yanıb sönür.

2. Həmin keçiddə 2.5 nişanı yoxdur və stop-xətt də çəkilməyib. Bu iki tənzimləmə vasitəsi çox vacibdir. Ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur.

3. Hadisə yerində ilk çəkilən fotolardan görünür ki, həmin keçiddə şlaqbaum adına bir sarı taxta parçası var (hadisədən sonra onu boyayıb qaydaya salmağa cəhd ediblər, amma yenə də yetərli deyil). Amma şlaqbaumun qanunda dəqiq qeyd edilən rəng tərtibatı var (növbləşən ağ və qırmızı rəng, ortada qırmızı dairə, özü də bunlar hamısı işıqqaytarıcı olmaqla).

4. Hadisə baş verən yerdə olanlar deyirlər ki, bu sarı taxtadan olan şlaqbaum da düz-əməlli işləmirmiş (hadisə anının qeydə alındığı videoda onun bağlı olması görünmür).

5. Keçidin ərazisində və dəmiryolun mühafizə zonasında tikili var. Həmin yaxınlaşan qatarın görünməsini ciddi surətdə məhdudlaşdırır. Xatırladıram ki, dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir. (CM-in 222-2-ci və 314-2-ci maddələri).

Ə. Hüseynov bildirir ki, detallar araşdırılsa, xeyli başqa qüsurlar da görünər.  "Bir neçə il əvvəl Lökbatanda da keçiddə sərnişin avtobusu ilə qatar toqquşaraq ölənlər və yaralananlar olmuşdu. Belə hadisələrdə intizamsız avtobus sürücləri ilə yanaşı dəmiryol işçiləri də məsuliyyət daşıyırlar. 

Xatırladıram ki, dəmiryol keçidlərinin qeyd etdiyim qaydada təchizatı dəmiryol idarəsinin vəzifəsidir. Amma bu təchizatın yerində və qaydasında olmasına nəzarəti DYP və avtomobil yolunun sahibi də etməlidir.

Çox təəssüf ki, belə sitemli məsuliyyətsizlik faciələrə gətirib çıxarır. Xüsusən də 13 yaşlı yeniyetmə oğlanın həlak olması, körpə uşaqların şikəst olması daha ürəkağridicıdır”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir