Dəmir yolu stansiyalarının girişində quraşdırılan üztanıma sistemləri çıxışda niyə yoxdur? - VİDEO

Dəmir yolu stansiyalarının girişində quraşdırılan üztanıma sistemləri çıxışda niyə yoxdur? - VİDEO
SOSİAL
23:53 28.06.2026
155
Turniketlərə yerləşdirilən üztanıma aparatlarının azlığı sərnişinlərin işini çətinləşdirir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, dəmir yollarında bu il istifadəyə verilən üztanıma cihazı və proqramı tam fəaliyyət göstərmir. Çünki, bu sistem bütün stansiyalarda yoxdur. Yəni bir stansiyada üztanıma ilə dəmir yoluna daxil olan şəxs çıxışda aparat olmadığına görə telefondakı proqramdan istifadə etmək məcburiyyətində qalır. Həmin vaxt isə sıxlıq eyni qaydada davam edir.

Bəzi sərnişinlər isə bildirirlər ki, pik saatlarda proqram vasitəsilə təqdim edilən QR kodla texniki problemlərə görə turniketdə keçmək mümkün olmur.

Məsələ ilə bağlı "Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı, Sumqayıt və Koroğlu vağzallarında dayanacaqlar quraşdırılıb. Digərlərində mərhələli şəkildə işlər görülür. Barkod məsələsinə gəlincə isə bu problemlə qarşılaşan şəxslər aidyyəti üzrə müraicət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR