“Dəmir yumruğ”dan “Dəmir iradə”yə və ya Strasburqdan Bakıya hücumun məqsədi nədir? – Azər Niftiyev yazır

SİYASƏT
15:47 23.01.2024
1330
2019-cu ilin iyun ayında Fransa və Almaniyanın təşəbbüsü ilə Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirak və səsvermə hüququ bərpa olundu. Hansı ki, bundan öncə AŞPA rəsmiləri qətiyyətlə bəyan edirdilər ki, Rusiya heç bir halda yenidən onların sıralarına qoşula bilməz. Avropa ikiüzlülüyünü, Avropa Şurasının isə nə qədər mənasız qurum olduğunu təcrübədə dəfələrlə müşahidə etmişik. 

Bazar ertəsi AŞPA-nın qış sessiyasının açılış günü Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Bu isə o deməkdir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər. Təşəbbüs almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülüb və Monitorinq Komitəsinə yönləndirilib. Əsas səbəb isə Azərbaycanın suverenliyini qorunması və bərpa etməsidir.

Azərbaycanın regionda həlledici, dünyada isə nüfuzlu dövlətə çevrilməsi, işğal altında olan torpaqlarını azad etməsi, müstəqil və balanslaşdırılmış diplomatik siyasət yürütməsi, ən əsası ABŞ və müttəfiqlərinin ruporu qismində çıxış etməkdən imtinası avropalı deputatları da "qəzəbləndirib”. Avroparlamentarilər okeanın o tayından gələn sifarişləri, Fransa və Almaniyanın drijor çubuğu ilə Azərbaycana qarşı təzyiqləri növbəti mərhələyə daşımaq niyyətindədirlər. Lakin unudurlar ki, Avropa Şurası adlı qurum artıq kağız üzərində belə mövcud deyil.

AŞPA-da Azərbaycana yönəlik sonuncu təxribat "layihəsi”nin müəllifi, alman deputat Frank Şvabe bir qədər də uzağa gedərək, Azərbaycana qarşı sanksiyalar təşəbbüsü ilə çıxış edir. Britaniyalı parlamentarinin onun bu təklifinə qəti şəkildə etiraz etməsi, avropalı deputatları məsuliyyətli qərarlar qəbul etməyə dəvət etməsi bir daha təsdiq edir ki, qoca qitənin lokomotiv ölkələri arasında dərin zidiyyətlər hökm sürür. 2020-ci ilin fevaralında Böyük Britaniyanın Avropa İttifaqını rəsmən tərk etməsi, Birləşmiş Krallıqda keçirilən referendum zamanı əhali çoxluğunun bu qərara dəstək göstərməsi Avropanın müxtəlif təxribatçı dairələrin əlində oyuncağa çevrilməsinin bariz nümunəsidir və bəzi nüfuzlu qitə dövlətləri bu məsuliyyəti bölüşmək niyyətində deyillər.

Azərbaycanın Avropa Şurası adlı mürtəce quruma ehtiyacı yoxdur. Çünki qitənin insan haqları sahəsində aparıcı beynəlxalq təşkilat mandatı daşıdığını bəyan edən qurumu 30 illik işğal dövründə bir milyondan artıq günahsız insanın doğma yurd-yuvalarından didərgin düşməsinə, ərazilərimizin xarabalığa çevrilməsinə, mina və ekoloji terrora məruz qoyulmasına, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə cinayətlərə heç bir reaksiya verməyib. Bütün bunlara göz yumması azmış kimi, 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən tarixi Zəfərdən sonra ölkəmizə qarşı hücumlara start verilib. Bu isə öz növbəsində Azərbaycanı konkret addımlara təhrik edir.

Azərbaycanlı deputatların etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ məhdudlaşdırılarsa, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması, İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması ilə bağlı müzakirələr aktuallaşacaq. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi bir daha sübut edir ki, ölkəmizə qarşı təzyiq ritorikasından istifadə edən, ona qarşı müxtəlif təhrikedici üsullardan yararlanmağa çalışan qüvvələr qarşısında "Dəmir iradə”ni görəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb