“Dəmir Yumruq” zəfər baletinin premyerası keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT
12:02 21.07.2023
988
19 iyul 2023-cü il tarixində "Şuşa fatehlərinin zəfər yolu” adlı layihə çərçivəsində "Dəmir Yumruq” zəfər baletinin premyerası keçirilib. 

AZXEBER.COM xəbər verir ki, layihə "Mədəni Əlaqələrin İnkişafına Dəstək”, "20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin koalisiyası adından QHT-larına Dövlət Dəstəyi Agentliyi tərəfindən "Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirlmiş müsabiqədə qalib olmuşdur.

Tədbirdə  müharibə iştirakçıları, şəhid ailələri, ictimai xadimlər- Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nın bəstəkarlıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi Aydın Əzimov, xalq artisti Zümrüd Məmmədova, xalq rəssamı Əşrəf Heybətov və b. Dəyərli simalar iştirak edirdi. Layihə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhu qarşısında 1 dəqiqəlik sükutla başladı. Ardından rəsmi hissədə "Mədəni Əlaqələrin İnkişafına Dəstək” ib sədri, layihə rəhbəri, baletin müəllifi, bəstəkar İlahə Qismət səhnəyə gələrək layihənin əhəmiyyəti, onun ərsəyə gəlməsində əziyyəti olan qurum və şəxslərə minnətdarlıq, həmçinin bəstəkar kimi əsərin yaranma tarixi mövzusunda çıxış etdi. Əsərin libretto müəllifi, əməkdar artistlər Yuri Lobaçev, Ceyhun Qubadov, Müdafiə Nazirliyi nümayiəndəsi, qazi, polkovnik-leytenant Rüfət Məmmədov və "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Qorunması” ib sədri Maral Qocaman da çıxışçılar arasında idi. Daha sonra bədii hissədə Şuşa fatehlərinin zəfər yolunu tərənnüm edən "Dəmir Yumruq” zəfər baleti izləyicilərə nümayiş olundu. 

"Dəmir Yumruq” baleti izləyicilər tərəfdən fasiləsiz alqışlar, böyük rəğbət və maraqla qarşılandı. Əsərin beynəlxalq arenada da milli həqiqətlərimizi musiqinin universal dili ilə tərənnüm edəcəyini ümid edirik. 
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir