"Demirchi Tower"dan şok qərar: Yanğına qarşı yanğın təhlükəsi? - FHN nə deyir?

"Demirchi Tower"dan şok qərar: Yanğına qarşı yanğın təhlükəsi? - FHN nə deyir?
SOSİAL
11:46 03.02.2017
674
Bakıdakı ən böyük biznes mərkəzlərindən biri olan "Demirchi Tower"in rəhbərliyi şok qərar qəbul edib. Qaynarinfo.Az xəbər verir ki, biznes mərkəzinin rəhbərliyi binada siqaret çəkməyə qadağa qoyub.

İlk baxışdan burda qeyri-adi heç nə yoxdu. İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyula bilər. Amma insanlara heç bir əsasla siqaret çəkməyi qadağan etmək olmaz. Bunun üçün ictimai yerlərdə, biznes mərkəzlərində xüsusi otaqlar ayrılır ki, istəyənlər orda siqaret çəkə bilsin.

"Demirchi Tower" isə insanların hüquqlarını pozmaqla yanaşı, qanunları da tapdalamaq yolunu seçib. Biznes mərkəzinin rəhbərliyi bununla bağlı yaydığı bildirişdə qeyd edir ki, bu günə qədər siqaret çəkmək üçün istifadə olunan yanğın pilləkəni bağlanaraq möhürlənəcək.

Bu isə ölkə qanunlarının kobud şəkildə pzulması deməkdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə ("Yanğın təhlükəsizliyi haqqında” qanun və s.) əsasən, ticarət mərkəzləri, ictimai iaşə obyektləri, orta və ali məktəblər, biznes mərkəzləri və digər bu cür yerlərdə yanğın zamanı ehtiyat çıxış üçün nəzərdə tutulan pilləkənlərə çıxış qapılarının bağlanması, yaxud onlara əvvəlcədən möhür vurulması qadağandır. Oğurluq və başqa xoşagəlməz halların qarşısını almaq üçünyalnız çöldən içəriyə girişə isə qadağa qoyula bilər. Yanğın təhlükəsizliyi qaydalarının pozulması həmin şirkət və ya quruma qarşı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən cərimələnməsi ilə nəticələnir.

"Demirchi Tower" isə qanunların tələblərinə əməl etməyərək yanğın pilləkənlərini bağlamağa hazırlaşır. Bu da insanların həyatını təhlükəyə atmaq deməkdir. Sabah 25 mərtəbəli bu binada hər hansı bir yanğın hadisəsinin baş verməsi faciə ilə nəticələnə bilər. Görünür bu biznes mərkəzində heç kimi narahat etmir.

Başqa bir məqam. Siqaret qadağası ilə bağlı yayımlanan bildirişdə qeyd edilir ki, bina daxili tütün məhsullarının istehlakı barədə qəbul edilmiş qərar pozularsa, 100 AZN cərimə tətbiq ediləcək. Əgər bu təkrarlanarsa, müqaviləyə xitam veriləcək. 

Ümumiyyətlə cərimə hər hansı pozuntuyu görə şəxsə maddi təzminatın təyin edilməsidir. Cərimə tənbeh növündə İnzibati Xətalar Məcəlləsində məhkəmələr və dövlət orqanları tərəfindən, cəza kimi Cinayət Məcəlləsində məhkəmələr tərəfindən təyin edilir.

Ölkə qanunvericiliyinə əsasən, yalnız müəyyən dövlət qurumları vətəndaşı, yaxud şirkəti cərimələmək hüququna malikdir. Şirkət vətəndaşı, yaxud digər şirkəti cərimələyə bilməz, bununla bağlıı mexanizm də mövcud deyil. Belə bir cərimələmə halı baş verərsə, cərimələyən şirkət müəyyən dövlət qurumlarının (DİN, FHN və s.) səlahiyyətlərini mənimsəmiş olur. İndiki halda "Demirchi Tower" rəhbərliyi də özünü inzibati orqan kimi aparır.

Bu qərardan belə çıxır ki, insanlar siqaret çəkməkdən ötrü 25-ci mərtəbədən aşağı düşməli, bu ehtiyacını ödədikdən sonra yenidən 25-ci mərtəbəyə qalxmalıdır. İş mərkəzinin rəhbərliyi imza atdığı absurd və qanunların kobud şəkildə pozulması ilə müşayət olunan qərarı ilə həm də öz bizneslərinə zərbə vurmuş olurlar. Görünən odu ki, bir çox şirkət tezliklə "Demirchi Tower"lə olan müqaviləsinə xitam verib yeni ofis axtarışına çıxmalı olacaq.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxladıq. Nazirlik rəsmisi Qaynarinfo.Az-a bildirdi ki, bununla nazirliyə heç bir məlumat daxil olmayıb, amma bu məsələ araşdırılacaq:

"Həmin biznes mərkəzində yanğın pilləkənlərinin bağlanması ilə bağlı məlumatımız yoxdur. Nazirlik tərəfindən biznes mərkəzində yanğın pilləkənlərinə baxış keçriləcək və məsələ araşdırılacaq. Araşdırmanın nəticəsi mətbuata açıqlanacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ