Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi
DÜNYA
16:12 19.06.2015
2123
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətirilib.
Anspress-in məlumatına görə, Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıb. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib.
Ancaq buna baxmayaraq bəzi vətəndaşlar selfi çəkdirməsi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər.
Qeyd edək ki, Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılıb. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq.
91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.
OXŞAR XƏBƏRLƏR