Dəmiryolu stansiyasında silahlı şəxs saxlanıldı

Dəmiryolu stansiyasında silahlı şəxs saxlanıldı
SOSİAL
15:18 21.02.2023
128

Hövsanda əməliyyat keçirilib, silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının əldə etdiyi məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində silahlı şəxs saxlanılıb.

Bərdə rayon sakini Rövşən Cabbarlıdan "FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR