Dəmiryolunda dəhşət - FOTOLARDA

DÜNYA
20:00 14.11.2013
1368
Hindistanın şərqindəki dəmiryollarından birində qatar fil sürüsünü vurub.
80 km/saat sürətlə hərəkət edən qatar 40 fildən ibarət sürünü vurub.Fillər meşədən keçən relsləri adlamaq istəyirdilər. Qatarın lokomotivinin zərbəsi nəticəsində 7 fil tələf olub. Onların ikisi bala fillər idi. Olay Qərbi Benqaliya ştatının Çapramari bölgəsində baş verib.
Bir qədər əvvəl isə Kəlküttədən 650 km aralıdakı Calparqui bölgəsində, Xuni şəhərinin yaxınlığındakı dəmiryol körpüsünü keçmək istəyən fili qatar vurub tələf etmişdi.
Qərbi Benqaliya ştatının meşə təsərrüfatı naziri Hiten Burmanın dediyinə görə, Çapramaridəki qəzada tələf olmuş fillərin sayı arta bilər.(milli.az)

OXŞAR XƏBƏRLƏR