Demokratik Azərbaycan Dünyası Partiyası da İlham Əliyevin namizədliyini dəstəklədi

SİYASƏT
17:55 20.08.2013
2189

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Siyasi Şurasının iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi haqda bəyanat qəbul edilib.Toplantıda hesabatla çıxış edən DADP-nin sədri Fatma Əliyeva son bir il ərzində partiyada xaos və özbaşınalıq meyillərinin qarşısının alındığını, Sevda Qələndərova və tərəfdarlarının DADP-dən xaric edildiyini bildirib.F.Əliyeva DADP-nin prezident seçkilərində fəal iştirak edəcəyini diqqətə çatdıraraq, prezident İlham Əliyevin apardığı siyasətin ölkənin maraqlarına tam cavab verdiyini, bu səbəbdən, onun namizədliyinin dəstəklənməsinin vacibliyini bildirib.Sədrin məruzəsindən sonra çıxış edən DADP funksionerləri də prezident seçkilərində İ.Əliyevin namizədliyinin dəstəklənməyə çağırıblar.Çıxışlardan sonra DADP sədri F.Əliyeva partiyanın prezident seçkilərində İ.Əliyevin namizədliyini dəstəkləməsinə dair bəyanatını oxuyub.

OXŞAR XƏBƏRLƏR