“Dəniz limanları haqqında” Qanun layihəsi qəbul olundu

İQTİSADİYYAT
17:15 25.02.2014
1788
Ticarət gəmiçiliyin qaydaları tənzimlənəcək.
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında “Dəniz limanları haqqında” yeni Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
7 fəsil və 29 maddədən ibarət olan Qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək.
Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.
Qanun eyni zamanda, limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.
Qanun birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

OXŞAR XƏBƏRLƏR