Aktrisa Deniz Uğurla əkiz övladlarının atası jurnalist Reha Muxtar arasında olan aliment məhkəməsində qərar verilib.
AZXEBER.COM xəbər verir ki, məhkəmə aktrisanın qəyyumluğu Reha Muxtarda olan oğulu üçün 7500 lirə aliment ödəməsinə qərar verib.
Xatırladaq ki, aktrisa Dəniz Uğur və jurnalist Reha Muhtar 2010-cu ildə boşanıb.
Cütlüyün bu evlilikdən iki övladı olub. Boşandıqdan sonra iki məşhur isim övladlarının qəyyumluğu üçün məhkəməlik olub. Məhkəmə qızları Minanın vəlayətini Deniz Uğura, oğulları Poyrazı isə ata Reha Muxtara verib.
Aysel