Dənizdə batan 3 gəncin axtarışı davam edir - Video

Dənizdə batan 3 gəncin axtarışı davam edir - Video
SOSİAL
10:24 24.07.2026
141
Dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən şəxslərin axtarışları davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyulun 6-sı paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin, iyulun 15-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin və iyulun 16-sı paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun axtarışları davam etdirilir.

Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR