Dənizdə batan 4 nəfərdən biri bu universitetin tələbəsidir - FOTO

Dənizdə batan 4 nəfərdən biri bu universitetin tələbəsidir - FOTO
SOSİAL
10:55 16.08.2023
295
Xəbər verdiyimiz kimi, avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
 
AZXEBER.COM xəbər verir ki, dənizdə batan 4 nəfərdən biri Milli Aviasiya Akademiyasının tələbəsi Şahlar Əliyevdir. Bu haqda məlumat "Azərbaycan Universitetləri" səhifəsində yayılıb.
 
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Günel

 



OXŞAR XƏBƏRLƏR