Dənizdə batmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən keçindi

Dənizdə batmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən keçindi
SOSİAL
22:27 25.06.2018
5862
Dənizdə 26 yaşlı gənc batıb.
 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə üzləşib və məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılıb.
 

Q.İsmayılov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.
OXŞAR XƏBƏRLƏR