Pirşağıda çimərlik ərazisində suda boğulmuş daha bir nəfərin meyiti çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən məlumat veriblər.
2002-ci il təvəllüdlü Samir Seymur oğlu Əliyev iyulun 28-də axşam saatlarında dənizdə batıb.
Suda boğulmuş gəncin meyiti bazar ertəsi tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, iyulun 28-də Bakı çimərliklərində 7 nəfər batıb. İyulun 25-də də bu qədər insan suda batmışdı. Onların arasında uşaqlar da olub.