Martın 20-si saat 18:00-a olan faktiki hava məlumatı yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, martın 20-si saat 18:00-da ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Külək şəraiti
Culfa: Küləyin sürəti 21 m/s
Bakı və Abşeron yarımadası: Küləyin sürəti 18 m/s
Naftalan: Küləyin sürəti 18 m/s
Naxçıvan: Küləyin sürəti 15 m/s
Dənizdə vəziyyət
Neft Daşları stansiyası: Dənizdə dalğanın hündürlüyü 4 metr
Yağıntılar
Yağış yağan ərazilər: Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astara
Qar yağan ərazilər: Gədəbəy və Şahdağ