Müğənni Qumral Musayeva dənizdə istirahət edərkən çəkilən görüntülərini paylaşıb.
AZXEBER.COM xəbər verir ki, müğənni sadə vətəndaşlardan heç bir fərqinin olmadığını deyərək çimərlikdə dincəldiyini bildirib.
Müğənni qeyd edib ki, onu çimərlikdə görən insanlar təəccüblərini gizlədə bilmirlər:
"Qumral da insandır, onun da dincəlməyə ehtiyacı var. Mən heç vaxt özümü sadə vətəndaşlardan üstün sayıb, özümü yuxarıdan aparmamışam. Dənizdə məni görən vətəndaşlar təəccüblənirlər. Mən həmişə sizin aranızdayam, sizdən biriyəm. Belə şeyləri isə kompleks etmirəm. İnsanlardan qaçmıram, kim istəyir gəlir şəkil çəkdirir. Hamınızı sevirəm".
Aysel