Dənizdə infarkt keçirən təqaüdçü torpağa tapşırıldı

Dənizdə infarkt keçirən təqaüdçü torpağa tapşırıldı
DÜNYA
15:43 09.07.2024
176
Dənizdə infarkt nəticəsində dünyasını dəyişən zabit torpağa tapşırılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Burhaniye bölgəsində baş verib.

Dünən Burhaniye çimərliyində dənizdə çimərkən ürək tutmasından dünyasını dəyişən 71 yaşlı zabit Halil Bayır hərbi mərasimlə torpağa tapşırılıb. 

Məsciddə qılınan namazdan sonra əsgərlərinin çiynində son mənzilə yola salınıb.

Oksana
OXŞAR XƏBƏRLƏR