Dənizdən kişi meyiti tapıldı

Dənizdən kişi meyiti tapıldı
SOSİAL
21:45 07.07.2018
6115
Sumqayıtda dənizdən kişi meyiti tapılıb.
 
AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (nəzarətsiz ərazidə) naməlum kişi cəsədi aşkar edilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​
OXŞAR XƏBƏRLƏR