Dənizdən tapılan kişi meyitinin neftçiyə aid olduğu təsdiqləndi

Dənizdən tapılan kişi meyitinin neftçiyə aid olduğu təsdiqləndi
SOSİAL
15:17 20.02.2017
773

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisindəki dənizdə sahildə aşkarlanan naməlum kişi meyitinin kimliyi məlum olub.

Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizin Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Vidadi Cümşüd oğlu Qurbanova məxsus olduğu rəsmən təsdiq edilib.

Qərargahdan əlavə edilib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.


OXŞAR XƏBƏRLƏR