Bulvarda kişi meyiti tapılıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə) naməlum kişi cəsədi aşkarlanıb.Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Cəsəd dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.