Depressiv və qəmgin hiss edəndə bunları etmək sizi xoşbəxt edəcək

MARAQLI
14:59 20.05.2024
415
Bəzən özümüzü pis hiss edən zaman güzgünün qarşısından keçirik və görünüşümüz bizi narahat edir. Özümüzü çox gücsüz və ruhsuz hiss edə bilirik.  

AZXEBER.COM xəbər verir ki, Türkiyənin məşhur psixoloqu Beyhan Budak öz  "Youtube” hesabında depressiv zamanlarda daha yaxşı hiss etmək üçün bəzi məsləhətlər verib. 

" Bəzən bizə həzz verən şeylərdən həzz almamağa başlayırıq. Artıq həyat rəngsiz görünür və daha yaxşı hiss etməyə çalışırıq. Bu zaman bu nüanslara diqqət və əməl etmək bizi daha yaxşı hsis etdirəcək: 

1. Həll yolunu beyninizdə axtarmayın. 

2. Depressiyadan çıxış yolu kənardadır. 

3. Depressiyanın dəyişməsi xaricdən daxilə doğru olur. 

4. Heç vaxt şəxsi qayğıya laqeyd yanaşmayın. 

5. Gündəlik işlərinizə diqqət yetirin. 

-Yuxu və oyanma vaxtlarınızı nizamlayın. 

-Qidalanmanıza diqqət edin (yemək yeməyi unutmayın.) 

6. Çölə çıxın. Gəzinti sizə yaxşı təsir edəcək. 

7. Özünüzü sosial cəhətdən təcrid etməyin, dəvətləri mümkün qədər qəbul edin. 

8. Özünüzü incinmiş, kədərli və artıq öhdəsindən gələ bilməyəcək kimi hiss edə bilərsiniz. 

9. Özünüzü uğursuz kimi görmək əvəzinə, həyatla mübarizə aparan, özünü toparlamağa çalışan, yaralarını sağaltmağa çalışan biri kimi görün. 

10. Özünüzə qarşı qəddar olmayın. 

11. Keçmişdə yaşadığınız pis təcrübələrə görə həyatınızdan bezməyin. İndiki vaxta diqqət yetirin. 

12. Gündəlik tutun. Yaşadıqlarınızı ora qeyd edin. 

13. İçəridən gələn, dəyərsizlik kimi demotivasiya edən səslərə qulaq asmayın. 

14. Daxili depressiyanızın sizə hiss etdirdiklərinin əksini edin. 

15. Özünüzə yerinə yetirilə bilən kiçik məqsədlər qoyun. 

16. Depressiyadan əvvəl həzz aldığınız şeyləri etməyə çalışın. 

17. Psixoloji yardım almaqdan çəkinməyin”. 

Oksana 

OXŞAR XƏBƏRLƏR