Türkiyənin Samsun şəhərində depressiya yaşadığı deyilən 26 yaşlı qadın 56 gün hərəkətsiz şəkildə yatıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün müayinələrdə heç bir problem aşkar edilməyən qadının bu halı psixiatrik olaraq qiymətləndirilib.
Həkimlər xəstəyə katatoniya (Beyin funksiyalarında yaranan pozuntularla dünyanı qavrayışın dəyişməsinə səbəb olan neyropsixiatrik xəstəlik) diaqnozu qoyublar.
Elektrokonvulsiv terapiyadan sonra 56-cı gündə xəstə gözlərini açıb ətrafı ilə ünsiyyət qurub.
Aysel










































