Deputat İran haqda: “Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”

Deputat İran haqda: “Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”
SİYASƏT
19:46 30.09.2020
1666

"İslam Əməkdaşlıq Təşkilatının iki gün öncə bəyanatını eşitdik. Orada tam olaraq Azərbaycanın mövqeyi və ərazi bütövlüyü dəstəklənir. Ancaq çox təəssüflər olsun ki, ötən dövr ərzində bəzi islam dövlətləri Ermənistanla əməkdaşlıq ediblər və hətta Ermənistan bəzi islam dövlətlərini özünün əsas iqtisadi tərəfdaşı kimi qeyd edir”. 

AZXEBER.COM xəbər verir ki, bunu  "Qafqazinfo”ya millət vəkili Naqif Həmzəyev İrandan Ermənistana silah daşınmasına dair sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirərkən deyib. 

O, qeyd edib ki, digər qonşu dövlətlər kimi İran da Azərbaycanın daxili işinə qarışmamalıdır: "Həmin kadrları biz də sosial şəbəkələrdə görmüşük. Anlaya  bilmirik ki, burada hansı islamdan, hansı müsəlmançılıqdan  danışmaq olar? Açığı bizim inanmağımız gəlmir, bizə çox pis təsir edir ki, 35 milyondamn çox azərbaycanlının yaşadığı bir ərazidə sanki, bizim hissiyyatımızla oynayırlar. Düşünürəm ki, dünən də bəzi rəsmilərin verdiyi açıqlamalardan sonra bu cür halların qarşısı tamamilə alınacaq. Necə ki, Rusiya və digər dövlətlər qeyd edirlər ki, biz qonşu ölkələrin  işinə qarışmırıq, o cümlədən, İran və digər islam dövlətləri də Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycan öz ərazisinin bərpa olunması və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bu döyüşləri aparır”. 

N. Həmzəyev bildirib ki, ermənilər terrordan qaynaqlanması, təxrtibatlar törədiərək dinc əhalini atəşə tutması faktdır. Dövlətimizin istəyi odur ki, döyüş yolu ilə o torpaqları terrorçulardan azad etsin və orada sabitliyi bərqərar etsin:

"Bizim dinc əhali ilə işimiz yoxdur. Yalnız əli silah tutan və ordumuza qarşı döyüşən insanlarla döyüşürük. Ona görə də qonşu ölkələr - fərq etmir, müsəlmandır a yox, ən azı Gürcüstandan örnək götürsünlər. Gürcüstanın atdığı addımlara bərabər addımlar atsınlar. Əgər belə videolar yayılarsa və qonşu ölkənin rəsmiləri icazə verirlərsə ki, Ermənistana  hansısa hərbi yüklər daşınsın, məncə orada yaşayan 35 milyon azərbaycanlı bu prosesin qarşısını almalıdır və alacaq da. Çünki onların hisləriylə oynamaq olmaz. Orada ciddi təxribatın törədilməsinə İran rəsmiləri imkan verməməlidir”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO