Deputat: "Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur"

Deputat: "Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur"
SOSİAL
15:10 01.12.2022
230
"Qoyun ətinin qiyməti 13 manatdan 18 manata qalxıb. Bunun metodologiyası necə hesablanır?”.

AZXEBER.COM "APA-Economics”-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev bildirib.

"Səhər tezdən Ağcabədiyə bazara getməsən, ətin qiyməti 11 manatdır. Yox, əgər tezdən getsən, topdan satışda əti 8 manata almaq olur. Necə olur ki, həmin ət Bakıda 18 manata təklif olunur. Hələ deyirlər ki, "aşağı yeri yoxdur”. Bəlkə ölkədaxili rüsum var? Bu, necə hesablanır? Son 5 ayda ətin qiyməti Bakıda 13, 15, 18 manat olub”, - deyə deputat bildirib.

OXŞAR XƏBƏRLƏR