Deputat: “Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik"

Deputat: “Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik"
SOSİAL
13:32 04.09.2020
452

Milli Məclisin deputatı Elnur Allahverdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işğal olunmuş ərazilərində silahla poz verməsini kəskin tənqid edib.  

AZXEBER.COM xəbər verir ki, deputat bu haqda sosial şəbəkədə yazıb:

"Şəkildəki qadın Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandır. Azərbaycanın işğal olunmuş ərazisində qadınlar üçün hərb həyatına alışmaq və hərbi bacarıqlara yiyələnmək üzrə kurs təşkil edib. Avqustun 25-dən 31-dək keçən təlimlərdə müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərb elmi ilə "tanış olublar”. Şəkildən görünür ki, Paşinyanın xanımı "Kalaşnikov” avtomatını şərti düşmənə tuşlayaraq aşağı səviyyəli təbliğatın baş ifaçısına çevrilib. Demək istəyir ki, ey azərbaycanlılar, müharibə başlasa biz qadınlar da əlimizə silah götürüb sizlərlə döyüşməyə hazırıq”, fikirlərini deputat Elnur Allahverdiyev özünün "Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan özü və ailəsi hakimiyyətdə olduqları qısa müddətdə dəfələrlə siyasi qalmaqalların iştirakçıları olublar: "Ölkə daxilində Paşinyanın nüfuzu durmadan aşağı enir. Ancaq bu ər-arvadın ən böyük iflası Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədikləri ziddiyyətli mövqedə özünü biruzə verir. Nikol dünən dediyini bu gün inkar edir, özünü və rəhbərlik etdiyi dövləti siyasi dalanlara və labirintlərə salmaqdan usanmır. Bir vaxtlar sabiq prezident Levon Ter-Petrosyanın sülh partiyasında təmsil olunan və hakimiyyətə təzə gəldikdə erməni xalqını barışığa hazırlamaq üçün vaxt dilənən Paşinyan kimi, xanımı Akopyan da anaları sülhə çağırır və hətta "Qadınlar sülh naminə” adlı təşkilat da yaratmışdı. Sonuncu dəfə o, iyul döyüşləri zamanı da azərbaycanlı analara müraciət edib hərbi əməliyyatları dayandırmağa çağırış etmişdi. Üstündən bir ay keçməmiş isə əlində avtomat, əynində hərbi geyimlə poz verir”.

"Akopyanın və ərinin sülh deyəndə nəyi nəzərdə tutduqları aydındır. Onların təmsil etdikləri xalqdan fərqləri yoxdur və ola da bilməz. Biz bunu çoxdan bilirdik, heç Akopyan bu şəkilləri çəkdirməsə də. Sadəcə olaraq, gərək Akopyan və təlim keçən 15 qadın bilsinlər ki, biz onlarla deyil, ərləri, qardaşları və ataları ilə görüşəcəyik döyüş meydanlarında. Görüşüb dərslərini verəcəyik. Biz kişiyik, qadına silah qaldırmaq bizlik deyil. Biz ermənilər kimi qadınları əsir götürüb işgəncə vermirik və vermərik. Odur ki, Akopyan və Paşinyan bu şəkilləri yaxşı saxlasınlar, ucuz təbliğatın nə ilə bitəcəyi vaxt gələndə çıxarıb bir də baxarlar”, – deyə deputat qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?