Deputat Arif Rəhimzadə: "Biz türk deyilik, onlar ayrı millətdir, biz ayrı!"

Deputat Arif Rəhimzadə: "Biz türk deyilik, onlar ayrı millətdir, biz ayrı!"
SOSİAL
14:12 02.03.2017
17168
Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili müsahibəsində bir çox məsələyə toxunub. O qeyd edib ki. azərbaycanlılar türk hesab oluna bilməz: "Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini "müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı".
 
Deputat həmçinin bizim türk kimi qələmə verilməyimizi bədbəxtçilik adlanıdırıb: "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı".
OXŞAR XƏBƏRLƏR