Astan Şahverdiyev üzr istədi: "Hər cəzaya hazıram"

Astan Şahverdiyev üzr istədi: "Hər cəzaya hazıram"
SOSİAL
11:22 26.12.2016
19427

Milli Məclisin deputatı Astan Şahverdiyev verdiyi açıqlamada ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib. A.Şahverdyievin sözlərinə görə, o kobud ifadə səsləndirmək fikrində olmayıb.

"Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Burada əlbəttə ki, şəxsən mənə qarşı olan məsələlər də ortalığa çıxıb. Təxminən haradan qaynaqlandığını da bilirəm. Mən əlbəttə, elə demək istəməmişəm.

Cəbrayıllılarla baş verən insidentdən sonra mənə "Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam.

Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, "sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”.

A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb:

"Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. İndi mənim ünvanıma yazırlar ki, "Astan Şahverdiyev Azərbaycan üçün nə edib?”. Demək istəyirəm ki, mən elmi sahədə Azərbaycanı bütün Avropaya tanıtmışam. Mənim iştirak etdiyim seminarlar, toplantılar və Avropa Birliyilə yerinə yetirdiyim layihə sübut edir ki, mən bu xalqa nə cür bağlıyam. Bunlar çox da döşlərinə döyməsinlər. Mən elmi fəaliyyətimi davam etdirmək üçün 1993-cü ildə İstanbula getməliydim, amma rayon işğal olunduğuna görə getmədim”.

///modern.az

 

 

OXŞAR XƏBƏRLƏR