Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənib

Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənib
SOSİAL
16:36 30.01.2025
209
Regionlarda QHT-lərin, xüsusilə gənclər sektoru ilə çalışan təşkilatların sayında azalma var.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin "Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsində deputat Naqif Həmzəyev deyib.
 
Deputat bildirib ki, QHT-lərin böyük əksəriyyəti Bakı şəhərinə toplaşıb, ya da Bakıətrafı ərazidədir: "Vaxtilə Gəncədə 50 gənclər təşkilatının adını çəkərdimsə, indi bu say 4-5-dir. Vaxtilə region gənclər təşkilatlarına Fond tərəfindən qrantlar verilirdi. Bu ənənəni yenidən bərpa etməliyik. Bakı QHT-ləri bütün qrantları udurlar. Region gəncləri zəifləyirlər, kənarda qalırlar”.

Naqif Həmzəyev qeyd edib ki, gənclərin ən böyük problemi mənzillə bağlıdır: "Biz ipoteka ilə bağlı qanunda dəyişiklik etməliyik. Gənclər sektorunda çalışanları da güzəştli ipoteka ilə mənzil əldə edənlərin siyahısına əlavə etməliyik. Bununla gənclər sektorunda çalışanların və gənclər təşkilatlarının da sayı artacaq”.

Deputat hesab edir ki, yalnız eyni QHT-lər beynəlxalq layihələri udmamalıdır: "Beynəlxalq layihə həyata keçirməyən QHT-lərə də şans verilməlidir. Bizə də ən çox irad hər dəfə eyni QHT-lərin xaricə göndərilməsi ilə bağlıdır. İdman sahəsində müəyyən irəliləyişlər olsa da, gənclər sahəsində bir sıra nöqsanlar var".

Naqif Həmzəyev həmçinin təklif edib ki, Gənclər Fondu tərəfindən idman sahəsində də qrantlar verilsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”