"Belə başa düşdüm ki, əgər internetin sürət artırsa, qiymətin qalxması qaçılmazdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
O, internetin qalxması xəbərinə münasibət bildirərək qeyd edib ki, qiymət qalxmazdan öncə infrastruktur layihələr həyata keçiriləcək:
"Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətinin də artacağı ehtimal olunur. Bu sualı biz artıq müəyyən rəhbər məmurlara vermişik. Onlar isə cavab veriblər ki, internetin sürəti artacaq. Bundan qabaq isə infrastruktur layihələr həyata keçiriləcək. Aldığım məlumata görə, iki gün öncə Lənkəranda mənim evimə də gəlib təklif ediblər ki, yeni fiberoptik kabellər çəkiləcək ki, bu kabellər vasitəsilə hər evdə internetə rahat çıxış olacaq”.
"Danılmaz faktdır ki, internetin sürətlənməsi üçün işlər gedir. Qiymətin qalxmasına qalanda isə mən məmurların dediyindən elə başa düşdüm ki, əgər sürət artırsa, qiymətin qalxması qaçılmazdır”, - deyə deputat əlavə edib.
Oksana Orucova