“Azərbaycan ordusunun dünyanın ən güclü ordular arasında olması çox vacib şərtlərdən biridir. Çünki, müstəqil dövlətin ordusu dövlətin müstəqilliyini qorumaq üçün güclü olmalıdır”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusu gün-gündən güclənməlidir: “Çünki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Ona görə də ordumuz hər vaxt torpaqlarımız işğaldan azad etmək gücünə, qüdrətinə malik olmalıdır. Bu gün faktdır ki, Azərbaycan ordusu çox güclü, qüdrətli, bütün istiqamətlərdə yüksək səviyyədə hazırlıqlıdır. Əgər kənar qüvvələr, işğalçının havadarları mane olmasa, Azərbaycan ordusu istənilən vaxt torpaqlarımız işğaldan azad edə bilər və edəcəkdir”.
E. Məmmədov qeyd edib ki, bu gün Azərbaycanın dövlət büdcəsindən ordumuza ayrılan vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur: “Dilənçi vəziyyətində yaşayan, iqtisadiyyatı darmadağın olmuş bir dəstə cinayətkarın əlində cəmləşmiş dövlətin nə ordusu ola bilər? Bu gün onlar əvəzindən ordunun sözünü deyən onların havadarlarıdır. Buna ordu demək olmaz. Bu cinayətkarlardan, oğrulardan, terrorçulardan ibarət bir yığındır. Ona görə də Ermənistan ordusunun adı it dəftərində də yoxdur”.