Deputat: "Dinə gəlməyimdə Hacının çox böyük rolu var idi" - VİDEO

Deputat: "Dinə gəlməyimdə Hacının çox böyük rolu var idi"  - VİDEO
SOSİAL
14:05 02.03.2023
1951
"Danışmaq çox ağırdır, insan ölümü var ki, kiminsə evindən gedir. Amma ölüm də var ki, eldən gedir. Hacı Şahin eldən getdi". 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Hacı Şahin Həsənli ilə vida mərasimində iştirak edən Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

O deyib ki, Hacı Şahinin itkisini qəbul etmək çox çətindir:

"Hacı Şahin bizim bütün elimizdən gedib. Çox gözəl insan idi. Allah nuru olan bir insan idi, çox kədərli idi. Düzdür, din əhliyik, Allaha inanan insanlarıq, biz bilirik ki, bu dünyanın qaydası belədir. Bir gün gələn bir gün getməlidir. Amma Hacıya olan hörmətimizdən, istəyimizdən o acımızı büruzə veririk. Allah yerini cənnət etsin. Ailəsinə güc-qüvvət, səbr versin. Bu gün buraya toplaşan hər kəs istəyir. Allah ona vermədiyi ömrü balalarına versin. Bu qədər insanın sevgisini bir insan olaraq qazanmaq asan məsələ deyil. Bu, böyük bir şeydir. Hacının şəxsən mənim həyatımda, dinə gəlməyimdə əhəmiyyətli rolu olub. Mən onun xütbələrini dinləyib dini dərk etmişəm. Hacı bizim dinimizi çox düzgün təbliğ edirdi. Bizim dinimizin bütün gözəlliklərini aşılayırdı. Bunu da hər kəs bacarmır. Allah rəhmət eləsin”.

Deputat qeyd edib ki, Hacı Şahin səhhətindəki problemdən heç vaxt danışmayıb:

"Hacının ürək tutması olub. O, o qədər gözəl insan olub ki, sübh namazı vaxtı canını tapşırıb. Ürək tutması qəfil olan bir şeydir. O, ümumiyyətlə, problem bildirən adam deyildi. Mümkün deyildi ki, kiməsə problemini desin. Heç vaxt şikayət etməyib. Deməyib ki, nəsə bir ağrım var. İndi ola bilər ailəsinə deyib, amma biz heç vaxt bilməmişik. Onu həmişə gülərüz görmüşük”.

 
Günel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir