Deputat Eldar Mahmudovun Britaniyadakı mülklərindən danışdı: “Geri qaytarılmalıdır”

SOSİAL
12:41 05.06.2020
508
"İlham Əliyevin prezident seçilməsindən sonra uzun illər ölkəmizin iqtisadi müstəqilliyini təmin etməyə çalışması, mühüm transmilli layihələr vasitəsilə beynəlxalq əlaqələrimizi və  təhlükəsizliyimizi gücləndirməsi, Qarabağ müharibəsinin ağır humanitar nəticələrini aradan qaldırması və infrastruktur quruculuğunu həll etməsi danılmaz həqiqətdir”. 

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

Onun fikrincə, eyni zamanda, 2015-ci ildə MTN, sonrakı illər digər hökumət strukturları ətrafında baş verən hadisələr sübut etdi ki, kadr siyasəti bütün iqtisadi, sosial, siyasi, hərbi-təhlükəsizlik problemlərindən daha yüksəkdə dayanır və dövlətin bir nömrəli vəzifəsidir.

Deputat qeyd edib ki, əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər konkret nazirliklər üçün kadr yetişdirmir.

"Burada vahid bir standart və tələb yoxdur. Bəli, Prezident İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman "toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir-birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac duyulur.  Burada da parlamentin rolu əvəzsiz ola bilər.

MTN, rabitə, vergilər, nəqliyyat və son olaraq, mədəniyyət nazirlərinin vəzifələrdən getməsi hansı şəraitdə baş verdiyinə, səbəblərinin nə olduğuna diqqət edin!

Beş icra hakimiyyəti başçısının rəhbəri külli miqdarda büdcə vəsaitləri və vətəndaşların haqlarını mənimsəməkdə ittiham olunur”, - deyə Z.Oruc əlavə edib.

Onun sözlərinə görə, MTN-in sabiq nazirinin (Eldar Mahmudov) düz beş ildir ki, Böyük Britaniya ərazilərində 100 milyonlarla funt dəyərində mülkləri və əmlakları haqda söhbət gedir. 

"Əlbəttə, bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır, lakin bizi daha çox kadr məsələsi narahat etməlidir.

Müstəqilliyimizn yeni mərhələsində İlham Əliyev məhz yeni hakimiyyət qurur. Ölkə rəhbəri son aylar bütün komanda üzvlərinə çağırış edir ki, kim nəfsinə qalib gələ bilmirsə, onda özlərini bədbəxt etməsinlər, kənara çəkilsinlər, vəzifədən getsinlər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtlərini: fəaliyyət-nəticələrə görə məsuliyyət tələb edir”.

Siyasi sistemin yeni konfiqurasiyası deyəndə yalnız dövlət idarəçiliyi deyil, siyasi sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində partiyalarda, gənclər təşkilatlarında kadrların yenilənməsi gedir.  

Rusiya Prezident Administrasiyasında kadr siyasəti üçün Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya yaradılıb. Bu gün - 2020-ci il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var. 

Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uğuruna müsbət təsir göstərəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq”. 

Deputat təklif edib ki, dövlət idarəçiliyinə kadr hazırlığının vəziyyəti ilə bağlı böyük plenar sessiya keçirilsin. 
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:31 04.07.2020

Azərbaycanda indiyədək 19 801 nəfər koronavirusa yoluxub

20:16 04.07.2020

Şəmkirdə yas mərasimi belə dayandırıldı - Video

19:52 04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

19:50 04.07.2020

AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

18:55 04.07.2020

"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

18:31 04.07.2020

Bakıda 544 küçə dezinfeksiya edildi

18:21 04.07.2020

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

17:52 04.07.2020

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

17:41 04.07.2020

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

17:27 04.07.2020

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

17:08 04.07.2020

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək

16:50 04.07.2020

Şəmkirçay su anbarında bir nəfər batdı

16:27 04.07.2020

İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi

16:05 04.07.2020

Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı - FOTO

15:55 04.07.2020

Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev

15:35 04.07.2020

Trampın böyük oğlunun sevgilisi koronavirusa yoluxdu