Deputat Eldar Quliyev bu dairədən namizəd oldu - AÇIQLAMA

Deputat Eldar Quliyev bu dairədən namizəd oldu - AÇIQLAMA
SOSİAL
20:36 18.07.2024
343
Milli Məclisin bitərəf deputatlarından olan Eldar Quliyev 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.

Bu barədə deputat özü AZXEBER.COM-a açıqlamasına deyib. 

O seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizəd olacağını açıqlayıb: 

"Artıq sənədlərimi dairə seçki komissiyasına təqdim etmişəm. Yenə eyni dairədən mübarizə aparacam”. 

Qeyd edək ki, 73 yaşlı Eldar Quliyev 2004-cü ildən Milli Məclisin deputatıdır. 

Altay
OXŞAR XƏBƏRLƏR