Deputat: Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa, sülhməramlılar hara baxır?

Deputat: Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa, sülhməramlılar hara baxır?
SİYASƏT
15:23 14.12.2020
1433
"44 günlük haqq, ədalət savaşında məğlub olan işğalçı erməni tərəfinin tör-töküntüləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətməkdə davam edir. 

Bir tərəfdən isə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni "xəritə” çəkib təqdim edir. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.

O bildirib ki, rus sülhməramlılarının hazırladığı yeni xəritə qeyri-realdır:

"Dağlıq Qarabağda sülhməramlı missiyanın üzərinə götürən Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var.

Sülhməramlı missiyanın vəzifələri, funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Məhz buna görə də Rusiya sülhməramlıları fəaliyyətini üzərinə götürdüyü öhdəlikləri çərçivəsində qurmalıdır. 

Deputat deyib ki, Azərbaycan torpağında Azərbaycanın maraqları öndə olmalıdır: 

"Ən əsası isə Azərbaycan torpaqlarında Azərbaycan xalqının maraqları öndə gəlməlidir. 

Sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılırsa rus sülhməramlıları hansı atəşkəsə nəzarət edir? Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa Rusiya sülhməramlıları hara baxır?

Haqlı mövqeyini müdafiə edən Azərbaycan tərəfi həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə anlaşmanın pozulacağı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu göstərir. 

Bu da Rusiyanın Azərbaycandakı imicinə zərbə vurur. Rusiya bilməlidir ki, Azərbaycan xalqı Bərdənin, Tərtərin, sərhəd bölgəsindən uzaqda yerləşən Gəncənin, mülki əhalinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu unutmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq