Deputat Ermənistanın növbəti təxribatının səbəbini açıqladı

Deputat Ermənistanın növbəti təxribatının səbəbini açıqladı
SOSİAL
14:36 11.05.2023
146
Mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi Ermənistan növbəti dəfə təxribata əl atıb.
 
Bu vacib görüş öncəsi Ermənistanın bu təxribatı nəyə hesablanıb?
 
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu AZXEBER.COM-a açıqlamasında bu haqda danışıb.

"Ermənistan Brüssel görüşü öncəsi hər zaman olduğu kimi yenə də  təxribatlar törətməkdədir. Nəzərə almaq lazımdır ki, mayın 14-ü Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Ermənistanın məqsədi ondan ibarətdir ki, bu görüş zamanı özünü zərərçəkmiş tərəf qismində təqdim etsin. Mühüm görüşlərdən əvvəl Ermənistan ənənəvi olaraq atəşkəsi pozur. Çalışır ki, müzakirələr zamanı Azərbaycana qarşı hansısa fikrin formalaşmasına nail olsun. Bu təxribatlar regionda gərginliyin hələ də qaldığını, münaqişənin hələ də davam etdiyi fikirlərini formalaşdırmağa hesablanıb”.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan çalışır ki, regiona üçüncü güclərin cəlb olunması üçün şərait yaratsın:

"Bu istiqamətdə Ermənistanın cəhdləri Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə nəticələndi. Lakin bu ciddi təsir göstərmədi. Azərbaycan başlatmış olduğu sülh gündəliyini irəli aparmaqdadır. Ermənistanın təxribatlarının nəticəsi elə Ermənistanın özü üçün ağır olur. Azərbaycan tərəfi bu təxribatların qarşısını qətiyyətlə alır. Biz prosesi dinc vasitələrlə inkişaf etdirmək niyyətini hər zaman nümayiş etdiririk. Lakin Ermənistan tərəf özünün qeyri-konstruktiv mövqeyindən çəkilmir. Azərbaycan Laçın yoluda nəzarət-buraxlış məntəqəsini qurdu. Ermənistana dəfələrlə çağırış edildi ki, Azərbaycan ərazilərində separatizmi dəstəkləməsin. Ermənistan isə bunun əksini edirdi. Bu yanaşmanı sülh prosesinə də şamil etmək olar. Biz məsələni dinc vasitələrlə yoluna qoymağa çalışırıq. Ermənistan hələ də Azərbaycanın siyasi jestlərini düzgün qiymətləndirməyi bacarmayıb”.

Millət vəkili sonda əlavə edib ki, Ermənistana kənar təlimatlar da təsir göstərir. Azərbaycan isə öz haqlı mövqeyini sonadək müdafiə edəcək.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir