Deputat Hacıbala Abutalıbova ‘facebook’da cavab verdi - STATUS

SİYASƏT
18:50 11.05.2013
5574

“Jurnalistlərin əməyinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət olub və vardır. Bu günlər səhifəmdə ancaq dahi Azərbaycan siyasətçisi Heydər Əliyevin xatirəsinə həsr edilmiş materiallar yerləşdirmək fikirində idim. Ancaq bu gün internet səhifələrində Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin ünvanına səsləndirdiyi bir ifadəyə rast gəldim”.

AZXEBER.COM-un məlumatına görə, bu fikirlər YAP Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadənin Facebook sosial şəbəkəsindəki profilində yazdığı statusda yer alıb. “Təəssüf edirəm ki, belə bir fikir gedibdir. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə hamısına eyni qiymət vermək düzgün deyildir”, – deyə A.Mirzəzadə bildirib.

OXŞAR XƏBƏRLƏR