Deputat: “Hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”

Deputat: “Hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”
Siyasət
12:52 06.11.2020
436

"Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında "Hərbi qulluqçuların statusu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

 

O bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir:

"Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.

OXŞAR XƏBƏRLƏR