Deputat: “Hökumətə SOS siqnalı veririk”

Deputat: “Hökumətə SOS siqnalı veririk”
SOSİAL
15:58 20.09.2022
236
"Onkoloji xəstəliklərlə bağlı həyəcan təbili çalınmalıdır”. 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, səhiyyə komitəsi olaraq, onkoloji xəstəliklərin müalicəsi üçün hökumətə müraciət edilməlidir. 

"Onkoloji xəstələrin sayı artır. Biz hökumət qarşısında məsələ qaldırmalıyıq ki, büdcədən ayrılan vəsait artırılsın. Biz hökumətə SOS siqnalı veririk”, - deyə o əlavə edib. 
OXŞAR XƏBƏRLƏR