Deputat: İngiliscə danışa bilmir, amma obyektinə ingiliscə ad qoyur

Deputat: İngiliscə danışa bilmir, amma obyektinə ingiliscə ad qoyur
SOSİAL
13:11 24.06.2018
9937

Vallah, bəzən elə bir küçəyə gedib çıxırsan ki, heç bilmirsən bura Azərbaycandır, ya yox. Mənasını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar. Deyir, kasıb itinin adını gümüş qoyan kimi, indi bəziləri ingilis dilində bir kəlmə olsun danışa bilmir, amma götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur. Nə oxumaq olur, nə yadda saxlamaq olur, nə də mənasını bilirsən.


Bunu millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

 

Qeyd edək ki, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, xüsusilə, şadlıq evləri, restoran və bahalı market və supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, əsasən əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənir.

Amma bununla belə, bu yöndə problemlər qalmaqda, əksinə, gündən-günə daha da artmaqdadır. Bəs görəsən, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq vaxtı, zamanı deyilmi?

Bununla bağlı saytımızda açıqlama verən B.Sadıqov hesab edir ki, artıq bu məsələnin zamanıdır, qanunvericilik sərtləşdirilməlidir.

"Özü də bu barədə dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır”, – deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda burada prinsipiallıq, qətiyyət də lazımdır:

"Digər tərəfdən, axı, "Reklam haqqında” qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni, əcnəbi adları, sonra mənası bilinməyən, aydın olmayan adları. Müvafiq qurumlar, reklamlara baxanlar var, nəzarət etməlidirlər.

Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər?


İndi biri tutaq ki, icazə verib, bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, amma əgər artıq bu fakt varsa və qanun sənə icazə verirsə ki, bu iş, bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan?

Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz də imtina etməliyik.

Biz özümüz də elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədir, düzgün ad qoymamısan.

Amma o adı qeydiyyata alanlar və ona nəzarət etməli olanlar, bax, bunlardan tələb etmək lazımdır ilk növbədə. Yəni, tələbkarlıq olsa və o cür adlar artıq ləğv olunsa, təzələrində də  əndrabadi adlar qoymaq istəyi aradan qalxar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər