Deputat: “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”

SİYASƏT
11:57 30.09.2020
618

"İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.

Bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir:

"Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.

Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR