Daha bir siyasətçi-daha bir millət vəkili sosial şəbəkəyə gəlib.
AZXEBER.COM-un xəbərinə görə, bu dəfə millət vəkili, professor Jalə Əliyeva sosial şəbəkədə-"Facebook”da öz profilini açıb.
Qeyd edək ki, J. Əliyeva son 3 çağırış Milli Məclisin (MM) üzvü olub.
Hazırda da 92 saylı Zərdab-Ucar seçki dairəsini bitərəf millət vəkili kimi parlamentdə təmsil edir və növbəti-4-cü dəfə seçkilərə qatılmaq qərarı verib.