"Bakıda axırıncı illərdə keçirilən "Jara" müsiqi festivalı böyük populyarlıq qazanıb”.
AZXEBER.COM xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, festivalda iştirak etmək üçün çoxsayda tanınmış Rusiya müğənniləri müraciət ediblər: "Bunu Azərbaycanın dünyada nüfuz qazanmasının yeni nümunəsi kimi qəbul etmək olar. Bakı festivalında iştirak edəcək Rusiya müğənniləri arasında Zara Mqoyanın olması Azərbaycanda narazılıqla qarşılandı. Onun Ermənistanda doğulması və indiyə qədər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsini pisləməməsi əlbəttə ki, vətəndaşlarımızda onun dəvəti barəsində suallar doğurur. Hesab edirəm ki, təşkilatçılar ictimai fikri nəzərə almalıdırlar.
Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik”.