Deputat: "Ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azalıb"

Deputat: "Ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azalıb"
SİYASƏT
16:50 28.12.2023
488
"Prezident İlham Əliyevin rəhbərliyi dönəmində xalq qarşısında verdiyi bütün vədləri tam olaraq yerinə yetirməsi onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmayıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev 20 il ərzində Azərbaycanı təsəvvür olunmayacaq dərəcədə güclü və bütöv bir ölkəyə çevirdi”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

O, həmçinin bildirib ki, ölkəmiz sosial yönümlü ölkə olduğundan atılan bütün addımlar vətəndaşlarımızın rifahı üçün hesablanıb:

"Bütün sahələrdə inkişaf nəzərəçarpacaq dərəcədə olsa da xüsusilə sosial-iqtisadi sahəni qeyd etmək yerinə düşər. Çünki cənab prezident həmişə islahatların mərkəzində Azərbaycan vətəndaşının olmasını prioritet hesab edib. Ölkəmiz sosial yönümlü ölkə olduğundan atılan bütün addımlar vətəndaşlarımızın rifahı üçün olub. Əbəs yerə deyil ki, son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb və ÜDM-nin real həcmi 4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.
 
Deputat ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azaldığını deyib: "2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Bütün bunlar da əlbəttə borclanmayla yox, ölkəmizin öz kapitalı hesabına baş verib. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Bu cür faktları çox sadalamaq olar. Bütün bunların da memarı məhz prezident İlham Əliyevdir. Hazırda isə qarşımızda daha boyük hədəflər var. Qarabağı bərpa etmək, sakinləri köçürmək və bu kimi məsələlər prioritet məqsədlərdir. 20 il ərzində prezidentimiz düşünülmüş siyasət nəticəsində necə ki bütün vədlərini yerinə yetirib, bundan sonrakı dönəmdə də xalq-iqtidar birliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir