Deputat: "Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir"

Deputat: "Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir"
SOSİAL
23:06 01.03.2024
264
Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, Azərbaycan valyutasına təzyiqin olduğunu iddia etmək gülüncdür: "İqtisadi savadı olan hər kəs bilir ki, hazırda milli valyutaya təzyiq yoxdur, milli valyuta sabitdir. Azərbaycanın makroiqtisadi göstəriciləri yüksək səviyyədədir. Azərbaycanın valyuta ehtiyatları 70 milyard dollara çatıb. Üstəgəl, biz inflyasiyanın qarşısını ala bilmişik. Hər hansı valyuta mübadilə pozuntusundan, destablizasiyasından söhbət gedə bilməz. Bunun üçün ən azı makroiqtisadi göstəricilər mənfiyə yaxınlaşmalıdır. Bizdə isə bu göstəricilərin hamısı müsbətdir. Ən az ixrac-idxal saldosu 5 milyard dolları keçir. Bu istiqamətdə bəzi media orqanları və sosial medianın bəzi iştirakçıları heç bir reallığa əsaslanmayan süni ajiotaj yaradır. Bu dedi-qodu janrındakı xəbərlərin heç bir iqtisadi əsası yoxdur”.

Deputat qeyd edib ki, neftin və qazın qiyməti normal formada volatildir: "Hətta Azərbaycan büdcəsinin 50 faizini təşkil edən neft və qazın da qiymətlərinin qalxması gözlənilir. Bunu dünyada əsaslandıran bir neçə iqtisadi, siyasi amil var. ABŞ-da seçki keçirilməsi gözlənilir. Səudiyyə Ərəbistanı və Rusiyanın yürüdəcəyi siyasətdən asılı olaraq da neft qiymətləri arta bilər. Yəni bu enerji resurslarına dünyada böyük ehtiyac var və hər ikisinin qiyməti qalxmağa meyllidir. Bu sərvətlər də Azərbaycan iqtisadiyyatının, valyuta gəlirinin 50%-i deməkdir. Yəni bu iddianı ortaya atanlar hansı amillə iddiasını əsaslandırır? Bunu yazanların iqtisadi məntiqi yoxdur”.

///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər