Deputat onu intim görüntüləri şantaj edəni tanıyırmış: “Qardaşımın yanında…”

Deputat onu intim görüntüləri şantaj edəni tanıyırmış: “Qardaşımın yanında…”
SOSİAL
17:10 02.06.2023
364
Bu gün mətbuatda deputat İqbal Məmmədovun oğlunun atasının intim görüntüləri ilə şantaj edilməsi barədə xəbərlər yayılıb.

AZXEBER.COM xəbər verir ki, millət vəkili İqbal Məmmədov bakupost.az-a açıqlama verib.

O, baş verənlərlə bağlı bunları deyib:

"2020-ci ilin yanvar ayında Lerik rayonundan deputatlığa namizəd idim. Orada seçki kampaniyası aparırdım. Həmin vaxt oğlum yaxınlaşıb dedi ki, mənə 2 gündür zəng gəlir, deyirlər ki, atanın belə şəkilləri var, pul istəyirlər. Dedim ki, sən məni tanıyırsan, bizdə belə şeylər heç cür ola bilməz. O vaxt Zaur Qəriboğlu, Əvəz Zeynallı da mənim haqqımda yazırdı. Çünki o vaxt Lerik rayonundan 15 nəfər namizədliyini irəli sürmüşdü. Mən də düşündüm ki, yəqin bu cür hərəkətləri mənlə alternativ olan namizəd yoldaşlar edib. Ona görə də hüquq-mühafizə oqanlarına müraciət etdim. Belə bir şey olsaydı, heç kim müraciət etməzdi. Mən müraciət etdim ki, kimin etdiyini öyrənim, düşmənimi tanıyım. Həm də bu onlara dərs olsun ki, başqalarını şantaj etməsinlər”.

Deputat deyib ki, hüquq-muhafizə orqanları 6 ay ərzində həmin şəxsi tapıb:

"Yazılan xəbərlərdə yeganə düz olan odur ki, 1768 manat pul ödənilib. Düzdür, onu da hüquq-mühafizə orqanları özləri komputerə-filan köçürüb. Həmin adamı tapa bilmirdilər. Daha sonra şəxsiyyəti müəyyən olundu. Yeri gəlmişkən, həmin şəxs xanım yox, bir oğlan idi”.

Millət vəkili vurğulayıb ki, şantaj edən şəxs onun qardaşının şirkətlərindən birində çalışıb. Lakin oğurluq etdiyi üçün işdən qovulub:

"Mən 2010-cu ilə qədər bizneslə məşğul olmuşam. Deputat seçildikdən sonra isə həmin şirkətləri ailəmə, qardaşıma dövr etmişəm. Həmin şəxsin də qardaşımın şirkətində işlədiyi ortaya çıxdı. O, oğurluq səbəbilə işdən qovulub. Həmçinin, əvvəllər reket saytların birində jurnalist işləyib. Onu tutdular. Ondan sonra gördüm ki, mənə düşmən olacaq biri deyil, maraqlı olmadım. Mənə o adamı tanımaq lazım idi. Oğlan Şüvəlandan idi. "Relax”da animator işləyirdi. Adını unutmuşam, "bigman” deyirdilər. O vaxtlar vergi ilə əlaqədar olduğunu düşünürdük. Həmin vaxt seçki ərəfəsi olduğu üçün çəkinirdik. O da qorxu gəlmək istəyib ki, 5-10 manat pul alsın”. İ.Məmmədov sonda mətbuatın məsələyə yanaşmasından narazılıq edib: "Söhbətin üstündən 3 il keçib. Bu yazıların indi ortaya çıxmasının hansı məqsəd daşıdığını başa düşmürəm. Elə başlıqlarla yazırlar ki?! Fikirləşmirlər evimizdə həyat yoldaşımız, qızımız var. Həmin yazıları ailəm, qızım oxuyur. Özümün də artıq 60 yaşım var. Axı biz Azərbaycanda yaşayırıq. Özü də həmin məsələni bəzəyiblər. Guya ki, şantaj edən xanım olub, biz Ali məhkəməyə şikayət etmişik. Biz heç kimi məhkəməyə verməmişik. Huqüq-mühafizə orqanlarına müraciət etdik, o da araşdırıb özü həmin şəxsi məhkəməyə verdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR